Türkiyənin milli müdafiə naziri Yaşar Güler Azərbaycanın müdafiə nazirinin müavini Aqil Qurbanovu qəbul edib.
Bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.
"Şimali Kipr Türk Respublikasında səfərdə olan milli müdafiə naziri Yaşar Güler "TEKNOFEST” ilə əlaqədar Lefkoşaya gələn qardaş Azərbaycanın müdafiə nazirinin müavini Aqil Qurbanovu qəbul edib", - məlumatda bildirilib.