Türkiyənin müdafiə naziri Yaşar Gülər İraq və Suriyanın şimalında oktyabrın 1-dən bu yana həyata keçirilən əməliyyatlarda 150-dən çox terrorçunun öldürüldüyünü açıqlayıb.
AZXEBER.COM xəbər verir ki, İstanbulun Beşiktaş şəhərində Milli Müdafiə Universitetinin 2023-2024-cü tədris ilinin açılış mərasimində iştirak edən müdafiə naziri Yaşar Gülər çıxışında son sərhəd əməliyyatları haqqında məlumat verib:
"İndiyə qədər etdiyimiz kimi, terrorla mübarizəmizi artan təsir və sıx təzyiqlə davam etdirəcəyik. Bu çərçivədə 1-3 və 4 oktyabr tarixlərində İraqın şimalında, 5-6 və 8 oktyabr tarixlərində isə Suriyanın şimalında qurudan atəşə dəstək maşınlarımızdan istifadə etməklə terrorçu hədəflərə qarşı effektiv və əhatəli hava əməliyyatları həyata keçirdik. Uğurla həyata keçirilən bu əməliyyatlarda terror təşkilatına aid bir çox hədəf, o cümlədən gəlir mənbələri və təşkilatın istifadə etdiyi obyektlər tam dəqiqliklə məhv edilib, 150-dən çox terrorçu zərərsizləşdirilib”, Yaşar Gülər açıqlamasında bildirib
Ayşən