Yaşar Nuri Türkiyədə xəstəxanaya yerləşdirildi

Yaşar Nuri Türkiyədə xəstəxanaya yerləşdirildi
MAQAZİN
06:32 24.08.2012
2040
Xalq artisti Yaşar Nuri Türkiyədə Amerika xəstəxanasına yerləşdirilib. O, burada müayinələrdən sonra müalicə kursu keçməlidir. Bu barədə xalq artistinin həyat yoldaşı Rəhimə Nuriyeva məlumat verib.
Aktyor yenidən müvafiq müayinələrdən keçəcək və lazımi müalicə kursu müəyyənləşdiriləcək. Xalq artistinin həyat yoldaşı Rəhimə Nuriyeva isə aktyorun yanına bu gün axşam gedəcək. Yaşar Nurinin bu dəfə Türkiyədə nə qədər qalacağı məlum deyil.
OXŞAR XƏBƏRLƏR