Xalq artisti Yaşar Nuri sabah yenidən Türkiyəyə aparılacaq. O, İstanbuldakı Amerikan xəstəxanasında müayinə olunacaq.
Aktyorun həyat yoldaşı Rəhimə Nuriyevanın verdiyi məlumata görə, avqustun 1-dən Bakıda olan xalq artisti müayinə olunmaq üçün yenidən xəstəxanaya yerləşdirilməlidir.
Onun sözlərinə görə, Yaşar Nuri mükafat alandan bəri Bakıdadırlar: “Heç həkimə müraciət etməmişik. Türkiyədən gələn qadınla birlikdə qayğısına qalırıq. Dərmalarını qəbul edir, bütün prosedurları davam etdirilir”.
R. Nuriyeva deyir ki, amma xalq artisti ayda 1dəfə müayinə olunmalıdır: “Ayın 22-də Türkiyəyə uçuruq. Müayinə üçün avqustun 23-də Türkiyədə olmalıyıq. Bu müayinə onun yaxşı olması üçün vacibdir. Ola bilsin ki, həkimin rəyindən aslı olaraq 5gün – 1 həftə orada qalsın. Bu müayinələrin onun səhhətinə böyük xeyiri var”.
Qeyd edək ki, Yaşar Nuri ötən ilin noyabrından müalicə kursu keçir.