“YAŞAT” Fondunun 2-ci intellektual marafonu keçirilib - FOTOLAR

“YAŞAT” Fondunun 2-ci intellektual marafonu keçirilib - FOTOLAR
SOSİAL
12:01 05.11.2025
1077
1-3 noyabr 2025-ci il tarixində "YAŞAT” Fondunun təşkilatçılığı ilə Quba Palace Hotel-də şəhidlərimizin övladları üçün 2-ci intellektual marafon baş tutub. 

AZXEBER.COM xəbər verir ki, Vətən müharibəsində qazanılan Zəfərin beşinci ildönümü çərçivəsində gerçəkləşən layihə 16-23 yaş aralığındakı 50-yə yaxın şəhid övladını əhatə edib.

Marafon bp, "Azercell telekom” və "Quba Palace Hotel”in sponsorluğu ilə reallaşdırılıb.

Əsas məqsəd iştirakçıların asudə vaxtlarının səmərəli təşkili, onların intellektual inkişafı, yeni bilik və bacarıqlar əldə etməklərinə dəstək olmaq olub.

Marafon müddətində müxtəlif intellektual oyunlar, bilik yarışmaları, əyləncə saatları keçirilib.

Həmçinin qaliblər və bütün marafon iştirakçıları müxtəlif qiymətli hədiyyə, mükafatlarla təltif olunublar.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR