YAŞAT Fondunun pulu tükənir - İanə edənlər azalıb

YAŞAT Fondunun pulu tükənir - İanə edənlər azalıb
SOSİAL
15:40 10.04.2023
205
Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondu – "YAŞAT” Fonduna ianə edən şəxslərin sayı kəskin azalıb.
 
AZXEBER.COM xəbər verir ki, hazırda fondun balansında 1 milyon 731 min 530 manat 61 qəpik qalıb. Bu pulun da hazırda müalicəsi davam edən qazilərə ayrılacağı gözlənilir. 
 
Fonda bu günə qədər 77 milyon 511 min 692 manat 79 qəpik ianə edilib, həmin pulun 75 milyon 780 min 162 manat 18 qəpiyi xərclənib. 
 
Qeyd edək ki, YAŞAT Fonduna ianə etmək istəyən şəxslər yashat.gov.az saytına daxil ola bilərlər. 
OXŞAR XƏBƏRLƏR