Yaşayış minimumu 300 manat olur – “Gündəlik xərclər üçün 10 manat hesablanıb”

Yaşayış minimumu 300 manat olur – “Gündəlik xərclər üçün 10 manat hesablanıb”
İQTİSADİYYAT
12:30 09.12.2025
403
Xəbər verdiyimiz kimi, gələn il üçün yaşayış minimumu ölkə üzrə 300 manat olacaq.

Bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikasında 2026-cı il üçün yaşayış minimumu haqqında” qanun layihəsində əksini tapıb.

İqtisadçı-ekspert Razi Abbasbəyli AZXEBER.COM-a bildirib ki, 15 manatlıq artım böyük məbləğ deyil:

"Yaşayış minimumunun təyin edilməsi vətəndaşın bir aylıq istehlak tələbatının ödənilməsi üçün tələb olunan məbləğin müəyyən olunması deməkdir. Düzdür, 15 manatlıq artım böyük olmasa da, bütün hallarda vətəndaşların aylıq gəlirlərinin bir günlük hissəsinin artması deməkdir. Təqvim ayının 30 gündən ibarət olduğunu nəzərə alsaq, nəticə etibarilə hər bir vətəndaşın gündəlik istehlak xərclərinin qarşılanması üçün orta hesabla 10 manat müəyyən edilib”.

"Əmək pensiyalarının baza hissəsinin artırılması və yanvardan etibarən qanunvericiliyin tələblərinə uyğun olaraq identifikasiyasının həyata keçirilməsi nəticəsində həm pensiyanın baza hissəsində, həm də minimum pensiyanın məbləğində artım müşahidə olunur. Bütün bunlar dövlətin sosial siyasətinin müsbət xarakter daşıdığını göstərir”-, deyə iqtisadçı deyib.

Şahanə Ziyad
OXŞAR XƏBƏRLƏR