Yasəmən Əliyeva ilə bağlı yazı təkzib edildi – “Şikayətçi” “itib”

Yasəmən Əliyeva ilə bağlı yazı təkzib edildi – “Şikayətçi” “itib”
SOSİAL
12:29 21.11.2017
1516
Bu gün bəzi elektron kütləvi informasiya vasitələrində yalnış məlumatlar və saxta profilləldən ünvanlanan yazılar yayılmaqdadır.
 
Artıq Mətbuat Şurası bu cür hallara qarşı sərt mübarizəyə başlayıb. Məsələyə hüquq-mühafizə orqanları da qarışıb. Bu ərəfədə 20 nömrəli məktəbin direktor müavini Yasəmən Əliyeva barəsində yazılan yazıları da elə onu yazanlar təkzib edib. Amerikapress.com saytı direktor müavini Yasəmən Əliyeva barəsində guya saytın elektron ünvanına daxil olan məlumatı işıqlandırıb. 
 
Saytın direktor müavini Yasəmən Əliyeva barəsində yazdıqlarını təkzib edərək bəyan edib ki, onun saytına müraciət edən Əfsanə Nəciyeva adlı vətəndaş suallarıı cavablandırmaqdan yayınıb: "Dəfələrlə onunla əlaqə saxlayıb Yasəmən Əliyevanı rüşvət almaqda ittiham etməsinə aydınlıq gətirməsini xahiş etdik. Lakin Ə.Nəciyeva suallarımızı tam cavablandıra bilmədiyi üçün bizdə şübhələr yarandı. Digər tərəfdən isə vətəndaş iddiasında qeyd edirdi ki, övladı məhz 20 nömrəli məktəbdə oxuyur. Həqiqətdə isə ümumiyyətlə, qeyd etdiyi Nurlan Nəciyev adlı şəxs həmin məktəbdə təhsil almır.
 
Göründüyü kimi, vətəndaş Əfsanə Nəciyeva tərəfindən Yasəmən Əliyevaya qarşı irəli sürdüyü ittiham öz təsdiqini tapmır və həqiqəti əks etdirməyən, xüsusən də mötəbər sübutları təqdim etməməsi səbəbindən əvvəllər dərc olunmuş bütün yazılar təkzib edilir. Əlavə olaraq qeyd edirik ki, Əfsanə Nəciyevanın tanımadığı bir şəxs barəsində yalan və böhtan xarakterli iddia irəli sürməsi kim və kimlər tərəfindən sifarişli qaydada həyata keçirilməsi ilə əlaqədar aidiyyəti hüquq mühafizə orqanları tərəfindən araşdırılır”.
 

Sonda qeyde dilir ki, Yasəmən Əliyevanın adı heç tanımadığı şəxslərlə hallandırılsa da, əslində o, həmin şəxsləri tanımır. Ümumiyyətləs isə o açıqlamasında belə himayəçilərə ehtiyacı olmadığını bildirib.

 

Mənbə:ucnoqte az


OXŞAR XƏBƏRLƏR