“Yaşıl Qarabağ” azad olunmuş ərazilərdə 500-dən çox ağac əkib - FOTOLAR

“Yaşıl Qarabağ” azad olunmuş ərazilərdə 500-dən çox ağac əkib - FOTOLAR
SOSİAL
11:43 22.10.2026
104
"Yaşıl Qarabağ" İB "Azad olunmuş torpaqları yaşıllaşdıraq" layihəsi çərçivəsində aksiyalar keçirir.
 
AZXEBER.COM xəbər verir ki, adından göründüyü kimi məqsəd erməni vandalları tərəfindən məhv edilmiş ekoloji durumu bərpa etməkdir.
 
Bunu əməkdaşımızla söhbətində İB-in sədri Etibar Hüseynov bildirib.
 
O əlavə olaraq qeyd edib ki: "Layihə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin donorluğu ilə həyata keçirilir. Artıq Ağdam, Zəngilan, Qubadlı və Cəbrayılda başladığımız işlər tamamlanmaq üzrədi. Bu ərazilərdə yerli şəraitə uyğun olan 500-dən artıq müxtəlif növ ağac və tinglər əkmişik.
 
Təxminən bir o qədər də ötən il əkmişdik. Ümidvaram ki, gələn il  bu rəqəmlər daha çox olacaqdır. Çünki ilbəil təcrübəmiz daha da artır, sıralarımız daha da genişlənir. Fürsətdən istifadə edib bu işdə zəhməti olan hər kəsə təşəkkürümü çatdırmaq istəyirəm. İnşallah bir yerdə Qarabağımızın əvvəlki cənnət görkəmini bərpa edəcəyik. 

"Biz birlikdə güclüyük".
 

 

 

 

 

 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR