Yaşlı kişi özünü bıçaqladı

Yaşlı kişi özünü bıçaqladı
SOSİAL
13:03 15.05.2016
3094
Şəmkir rayon sakini bıçaqla özünə xəsarət yetirib.
Rayonun Şiştəpə kənd sakini, 1933-cü il təvəllüdlü Zaman İbadullayev qarının kəsilmiş-deşilmiş, sol qolun isə kəsilmiş yarası xəsarəti ilə Şəmkir Mərkəzi rayon xəstəxanasına yerləşdirilib.
Z. İbadullayev dərhal əməliyyat edilib, vəziyyətinin orta ağır olduğu bildirilir. İlkin məlumata görə, 83 yaşlı kişi xəstəlikdən əziyyət çəkdiyi üçün özünü bıçaqlayıb.
Faktla bağlı Şəmkir Rayon Polis Şöbəsində araşdırma aparılır.
///APA
OXŞAR XƏBƏRLƏR