Yaşlı qadın binadakı bütün adamları girov götürdü - VİDEO
DÜNYA
00:41 06.07.2012
2004
Rusiyanın Tatarıstan respubilkasında notarius məmuruna hirslənən 68 yaşlı təqaüdçü qadın üstündə gəzdirdiyi tapança və bombaya bənzər əşyalarla binadakı işçiləri girov götürüb. Hadisə Tatarıstanın paytaxtı Kazanda baş verib.Miras bölüşdürülməsi ilə əlaqədər istədiyi sənədi notariusdan ala bilməyən Palurina adlı qadın 6 mərtəbəli binanın 1-ci mərtəbəsində olan Notarius məntəqəsinə saxta bomba və tapança ilə girib. Faktla bağlı istintaq işi aparılır.Tatarıstan Daxili İşlər Nazirliyi yaşlı qadına 15 ilə qədər həbs cəzası verilə biləcəyini bildirib. Qadının qızı isə natarius məmurunun sənəd üçün anasından 250 min rubl aldığını bildirib. O, bu hücumu ictimaiyyətin diqqətini çəkmək üçün edibmiş.