Türkiyənin Denizli bölgəsində yaşlı qadın doğum günündə qəzada ölüb.
AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, 69 yaşlı Hacer Türk beton qarışdıran maşının vurması nəticəsində faciəvi şəkildə dünyasını dəyişib.
Qadının cansız bədəni qəza yerində müayinə olunduqdan sonra yarılması üçün Pamukkale Universiteti Xəstəxanası Ədli Tibb Təşkilatının meyitxanasına aparılıb. Hacer Türkün doğum günü olan martın 1-də dünyasını dəyişdiyi məlum olub.
Sürücü polis tərəfindən saxlanılıb. Qəza ilə bağlı araşdırmalar davam etdirilir.
Aydın