Yaşlı qadın yük maşınının altında qalaraq can verdi

Yaşlı qadın yük maşınının altında qalaraq can verdi
SOSİAL
23:37 18.05.2018
9044
Gəncədə avtomobil piyadanı vurub öldürüb.

AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, hadisə şəhərin Dədə Qorqud küçəsində qeydə alınıb.

"Ford” markalı yük avtomobili arxaya hərəkət edən zaman Göygöl rayon Mollacəlilli kənd sakini, 1961-ci il təvəllüdlü Nüşabə Hüseynovanı vurub.

Ağır bədən xəsarətləri alan qadın xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

 
OXŞAR XƏBƏRLƏR