Yaşlı qadını beşbarmaqla döydülər və ... - Bakıda film kimi CİNAYƏT

Yaşlı qadını beşbarmaqla döydülər və ... - Bakıda film kimi CİNAYƏT
HADİSƏ
13:23 09.08.2018
5360
Bakının Nəsimi rayonunda quldurluq hadisəsi baş verib.

AZXEBER.COM "report"a istinadən xəbər verir ki, 1969-cu il təvəllüdlü Osmatova Nəsibə Şah İsmayıl qızı "Memar Əcəmi" metrostansiyası istiqamətində gedərkən Cavadxan küçəsi, 29 ünvanında tanımadığı şəxsin hücumuna məruz qalıb.

Naməlum şəxs əvvəlcə qadının üz nahiyəsinə soyuq silah hesab edilən beşbarmaqla zərbə vurub. Daha sonra o, N.Osmatovanın əl çantasını götürərək hadisə yerindən qaçıb.

 
Ağır xəsarət alan yaşlı qadın 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Bölməsinin əməkdaşları hadisənin baş verdiyi əraziyə cəlb edilib.

Quldurluq etməkdə şübhəli bilinən şəxsin axtarışına başlanılıb.
OXŞAR XƏBƏRLƏR