Katarakt

Yaşlı qadının çörəyini yeyib, pulunu oğurlayan şəxs həbs edildi - FOTO

SOSİAL
23:32 17.06.2021
1038
Bakıda 81 yaşlı qadına qarşı dələduzluq edən gənc həbs olunub.

AZXEBER.COM xəbər verir ki, Zaqataladan olan Kazımov Seyran Davud oğlu saxlanılıb və o faktı etiraf edib.

Qeyd edək ki, Seyran Kazımov 81 yaşlı Elmira Əzimovanın bankomatdan pul çıxartdığını görüb əlindəki zənbili alaraq kömək etmək istədiyini bildirmişdi. Qadınla birgə mənzilinə gedən fırıldaqçı ac olduğunu deyərək yemək yeyib, çay içib. Daha sonra isə qadının çantasında olan pulunu - 326 manatı götürərək aradan çıxmışdı.
 

 


OXŞAR XƏBƏRLƏR