Türkiyənin Manisa bölgəsində səs-küy şikayəti ilə xəstəxanaya müraciət edən Fatma Arıkın qulağından çıxanlar həkimi təəccübləndirib.
AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, Manisanın Kula mahalının Bebekli rayonunda yaşayan Fatma Arık qulağından gələn səsə görə özəl xəstəxanaya müraciət edib.
Qulaq Burun Boğaz Mütəxəssisi Mehmet Türkyılmaz tərəfindən müayinə edilən Arıkın qulağında hörümçək olduğu müəyyən edilib. Arıkın qulağındakı hörümçək əməliyyatla çıxarılıb.
Həkim xəstənin qulağındakı hörümçəyin canlı olaraq çıxarıldığını ifadə edib.
Gülay