Yaşlılara bayram günündə belə sürpriz etdilər - VİDEO

Yaşlılara bayram günündə belə sürpriz etdilər  - VİDEO
SOSİAL
14:05 21.03.2023
150
Bayram günlərində xalqımızın qədim ənənələrindən biri də insanların bir-birinin evinə qonaq getməsi, bayramlaşması, yumurta toqquşdurmasıdır.

AZXEBER.COM xəbər verir ki, bu dəfə "156 Evakuasiya” şirkəti daha bir təqdirəlayiq addım atıb. Onlar öz komandaları ilə və üzərində nəhəng səməni və yumurtalar olan evakuatorla qocalar evinə üz tutub. Bayram günündə yaşlılarla birgə rəqs edən şirkət işçiləri , tonqal qalayıb, yumurta toqquşdurub. 

Daha sonra isə evakuator şəhərə yollanaraq, müxtəlif istiqamətlərdə uşaqdan böyüyə qədər hər kəslə bayramlaşıb, yumurta toqquşdurub, şəkil
çəkdiriblər.

Sözügedən gündən görüntüləri təqdim edirik:

OXŞAR XƏBƏRLƏR