Yatağa məhkum olan məşhur: “Xəstəlik aman vermir”

MƏDƏNİYYƏT
23:08 05.01.2019
17419
Tanınmış şair Vidadi Babanlının doğum günüdür. Yazıçı şad gününü xəstə yatağında qarşılayıb.

AZXEBER.COM-un məlumatına görə, Yenicag.az-a açıqlama verən V.Babanlı xəstəlikdən əziyyət çəkdiyini və buna görə də doğum gününü qeyd etmək istəmədiyini bildirib:

"Səhhətim yaxşı deyil. İllərdir ki, yatağa məhkumam. Buna görə də doğum günümü qeyd etməyəcəm. Amma arzularım çoxdur. Yarımçıq qalmış romanımı bitirmək istəyirəm. Amma xəstəlik aman vermir”.

Yazıçı bu günlərdə Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə ikicildlik seçilmiş əsərlərinin çap olunduğunu bildirib:

"Nazirlik əsərlərimi iki cilddə çap etdirdi. Eyni zamanda, "Vicdan haqqı” romannım ingilis dilinə tərcümə olundu. Buna görə çox sevindim”.

OXŞAR XƏBƏRLƏR