Yavər Camalov təcili Şirvana yola düşdü

SOSİAL
17:17 26.07.2016
2302
Müdafiə Sənayesi Nazirliyinin ümumi şöbəsinin rəisi Bəxtiyar Əsədov verdiyi açıqlamasında iyulun 26-da saat 15:35 radələrində Müdafiə Sənayesi Nazirliyinin Şirvan ”Araz” zavodunda partlayış baş verdiyini təsdiqləmişdi.
Verdiyi növbəti açıqlamasında nazirlik rəsmisi bildirib ki, hadisənin hansı səbəbdən baş verdiyini aydınlaşdırmaq üçün araşdırma aparılır.
Nazirliyin rəhbərliyi, o cümlədən nazir Yavər Camalov özü hadisə yerinə yollanıb. Yanğın söndürüləndən sonra ərazidə daha geniş araşdırma aparılacaq və partlayışın dəqiq səbəbi aydınlaşdırılacaq", - deyə Bəxtiyar Əsədov verdiyi açıqlamasında bildirib.
///Ölkə.Az
OXŞAR XƏBƏRLƏR