Yaxın 25 ildə 200 milyondan çox insan iqlim miqrantına çevrilə bilər

Yaxın 25 ildə 200 milyondan çox insan iqlim miqrantına çevrilə bilər
DÜNYA
18:35 29.09.2025
131
2050-ci ilə qədər 216 milyon insan iqlim miqrantına çevrilə bilər.

Bunu II Bakı İqlim Fəaliyyəti Həftəsinin (BİFH) açılış günündə Latviyanın keçmiş prezidenti (2015–2019) Raimonds Veyonis deyib.

O bildirib ki, bu, sadəcə statistik rəqəmlər deyil, ailələrdir, fermerlərdir, uşaqlardır, darmadağın olmuş icmalardır.

"Yalnız 2022-ci ildə iqlim fəlakətləri 32 milyondan çox insanı köçkünə çevirdi. Bu isə gündə 60 min insanın – qadın, kişi, uşağın – fırtınalar, daşqınlar və quraqlıqlar səbəbindən evlərini tərk etməsi deməkdir.İndi hərəkət etməsək, iqlimlə bağlı məcburi miqrasiya bu əsrdə qlobal sabitliyə ən böyük təhdidlərdən birinə çevriləcək", - deyə o qeyd edib.
OXŞAR XƏBƏRLƏR