"Yaxın bir neçə gün ərzində Ukraynanın Donbasda “böyük hücumu” gözlənilir"

"Yaxın bir neçə gün ərzində Ukraynanın Donbasda “böyük hücumu” gözlənilir"
DÜNYA
18:28 12.06.2023
203
"Yaxın bir neçə gün ərzində Ukraynanın Donbasda "böyük hücumu” gözlənilir".

Bu barədə Böyük Britaniya parlamentinin Müdafiə komitəsinin sədri Tobias Ellvud deyib.

Onun sözlərinə görə, əməliyyatlar sürətli olacaq və tez bitəcək.

Britaniyalı parlamentari bildirib ki, Rusiya Müdafiə Nazirliyi ilə "Vaqner” muzdlu hərbi təşkilatı arasında ziddiyyət hökm sürür: "Ruslar Ukraynanın hücumlarının haradan başlayacağını hələ də bilmirlər”.

T.Ellvud müttəfiqləri Ukraynaya daha çox tank, F-16 qırıcıları və uzaqmənzilli raketlər verməyə çağırıb.

Xatırladaq ki, Ukrayna Silahlı Qüvvələri son günlərdə Donbas və Zaporojye vilayətlərinin bir neçə yaşayış məntəqəsini işğaldan azad ediblər.
OXŞAR XƏBƏRLƏR