Yaxın günlərdə "Aztelekom"la "Baktelecom" birləşdiriləcək

SOSİAL
12:57 27.01.2022
216
Bugünkü gün Azərbaycanda 700-dən çox yaşayış məntəqəsi genişzolaqlı internetlə təmin olunmayıb.

AZXEBER.COM Trend-ə istinadən xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rövşən Rüstəmov "Azərbaycanda rəqəmsal inkişaf və nəqliyyat sahəsində prioritetlər" adlı tədbirdə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, bu problemin həlli üçün iki dövlət rabitə operatoru "Baktelecom" və "Aztelekom"un birləşdirilməsi planlaşdırılır.

Qeyd edək ki, son bir ay ərzində Azərbaycanda 40 min yeni istifadəçi internetə qoşulub. İl ərzində 150 min evin internetə qoşulması, 2024-cü ilədək bütün ölkənin internetlə təmin edilməsi planlaşdırılır.

OXŞAR XƏBƏRLƏR