AZXEBER.COM-un Milli.az-a istinadən verdiyi xəbərə görə, bu barədə millət vəkili Musa Quliyev bildirib.Onun sözlərinə görə, bu quruma daxil olan bütün təşkilat rəhbərlərinin hər biri özünü vahid lider kimi görür. Bu səbəbdən də onların vahid lider kimi Rüstəm İbrahimbəyovu elan etmələri də könülsüz edilən hərəkət idi.“Rüstəm İbrahimbəyovun timsalında öz vahid namizədlərini elan etmələri onların ən uğursuz addımları idi. Rüstəm İbrahimbəyov heç bir parametrinə görə radikal müxalifətin seçkilərdə vahid namizədinin parametrlərinə uyğun gəlmirdi. Nə onun yaşı, nə siyasi təcrübəsi, nə siyasi xarizması, nə özünün üzərinə götürdüyü məsuliyyəti dərk etmə səviyyəsi buna imkan vermirdi”, - o əlavə edib.Millət vəkili hesab edir ki, bu gün Rüstəm İbrahimbəyovun seçkidə iştirakı ilə bağlı problemlərin yaranmasına, xüsusilə də Rusiya vətəndaşlığından azad oluna bilməməsinə, bəlkə də, ən çox sevinən İbrahimbəyovun özüdür:“O gec də olsa, dərk elədi ki, bu, onun çəkəcəyi yük deyil. Seçkilərə namizəd kimi qatılmağı istəmir. Milli Şuranın üzvlərinin hamısı bunu dərk ediblər. Yaxın günlərdə Milli Şuraya daxil olan partiyaların öz namizədlərini irəli sürəcəyini və bununla da Milli Şuranın fatihəsinin verilməsini görəcəyik”.