Yaxın Şərqdə gərginlik artır: ABŞ Suriyanı vurdu

Yaxın Şərqdə gərginlik artır: ABŞ Suriyanı vurdu
DÜNYA
10:39 27.10.2023
205
Dünya İsrailin Fələstinə hücumlarından danışarkən, ABŞ səhər saatlarında Suriyanı hədəf alıb.

AZXEBER.COM Qərb mediasına istinadən xəbər verir ki, ABŞ ordusu Suriyanın şərqində İran İnqilab Keşikçiləri Korpusunun və İranın dəstəklədiyi qrupların istifadə etdiyi iki strateji obyektə hücum edib.

ABŞ və koalisiya qüvvələri son bir həftə ərzində İraq və Suriyada İranın dəstəklədiyi qüvvələr tərəfindən ən azı 19 dəfə hücuma məruz qalıb.

ABŞ-ın müdafiə naziri Loyd Oustin açıqlamasında deyib:
 
"Özünümüdafiə üçün bu dəqiq zərbələr İranın dəstəklədiyi milis qruplarının İraq və Suriyada ABŞ personalına qarşı oktyabrın 17-də başlayan uğursuz hücumlarına cavabdır".

Açıqlamada hava hücumunun İsraillə koordinasiyalı şəkildə həyata keçirilmədiyi, İran İnqilab Keşikçiləri Korpusunun silah və sursat anbarlarının məhv edildiyi qeyd edilib. Hücum zamanı iranlıların həlak olub-olmaması ilə bağlı açıqlama verilməyib.

Səlahiyyətlilər İraq sərhədinə yaxın olan Əbu Kamal ətrafının yerli vaxtla saat 04:30-da hədəf alındığını açıqlayıb, həmçinin iki F-16 döyüş təyyarəsinin istifadə edildiyini bildiriblər.
 
Mikayıl
OXŞAR XƏBƏRLƏR