Yaxın Şərqdəki müvəqqəti atəşkəsin sonu: Qəzzaya hücumlar yenidən davam edir

Yaxın Şərqdəki müvəqqəti atəşkəsin sonu: Qəzzaya hücumlar yenidən davam edir
DÜNYA
11:11 01.12.2023
178
İsrail və HƏMAS arasında humanitar sülhün bu gün sona çatması ilə Qəzzada 7 gündür davam edən sülh silah səsləri ilə pozulub.
 
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, İsrail ordusu Qəzza zolağına hücumların yenidən başladığını açıqlayıb.

İsrailin Qəzza zolağına endirdiyi hava hücumlarında ilkin məlumatlara görə 5 nəfər həyatını itirib.

Digər tərəfdən, Fələstin Daxili İşlər Nazirliyindən verilən açıqlamada "humanitar fasilə"nin sona çatmasından sonra İsrail döyüş təyyarələrinin Qəzza üzərində uçuşlara başladığı qeyd edilib.
 
Açıqlamada İsrail hərbi maşınlarının Qəzzanın şimalına atəş açması ilə bağlı məlumatlar yer alıb.

Bu arada İsrail ordusu Qəzza zolağından atılan raketin hava hücumundan müdafiə sistemləri tərəfindən məhv edildiyini açıqlayıb.
 
Ordunun verdiyi yazılı açıqlamada Qəzza zolağı sərhədindəki yaşayış məntəqələrində xəbərdarlıq sirenlərinin səsləndiyi və Qəzzadan atılan raketin havada məhv edildiyi bildirilib. 
 
Mikayıl
OXŞAR XƏBƏRLƏR