"Yaxın Şərqdəki vəziyyəti diqqətlə izləyirik"

DÜNYA
13:00 16.08.2024
138
ABŞ Müdafiə Nazirliyi (Pentaqon) son vaxtlar vəziyyətin sakitləşmədiyi Yaxın Şərqdəki hadisələrlə bağlı açıqlama verib.

AZXEBER.COM Qərb mediasına istinadən xəbər verir ki, nazirliyin mətbuat katibinin müavini Sabrina Sinq mətbuata açıqlamasında ABŞ-nin vəziyyətin gərginləşəcəyi təqdirdə İsraili və ABŞ qüvvələrini müdafiə etməyə hazır olduğunu bildirib.

"Artan regional gərginlik fonunda, İsraili çəkindirmə və müdafiə mövqeyi tutaraq bölgədəki gərginliyin azaldılmasına diqqət yetirməyə davam edirik", - deyə müavin qeyd edib.

Sinq ABŞ-nin bölgədəki hərbi varlığını gücləndirməsinin regional gərginlik istəmədiyi mesajı vermək məqsədi ilə olduğunu ifadə edərək Qəzzada atəşkəsin əldə edilməsi üçün səylərini davam etdirəcəklərini bildirib.

Qeyd edək ki, ABŞ Müdafiə Naziri Lloyd Austin nüvə yanacağı ilə işləyən və F-35C döyüş təyyarələri ilə təchiz edilmiş USS Abraham Lincoln-a Yaxın Şərqdəki məsuliyyət zonasına getməsini sürətləndirməyi əmr etdiyini açıqlayıb.
 
Mikayıl
OXŞAR XƏBƏRLƏR