Yaxın üç günün hava proqnozu - Hava yenidən soyuyur?

Yaxın üç günün hava proqnozu - Hava yenidən soyuyur?
SOSİAL
14:39 16.01.2024
207
"Ayın 18-i, 19-u və 20-də ölkə ərzisində havanın sabit, əsasən yağmursz keçəcəyi gözlənilir. Hava şəraitində ciddi dəyişiklik gözlənilmir".

Bu barədə AZXEBER.COM-a açıqlamasında Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar bürosunun direktoru Gülşad Məmmədova bildirib.

Onun sözlərinə görə, sabah gün ərzində şimal atmosfer təzyiqi yüksəlməsi planında şimal-qərb küləyinin güclənməsi gözlənilir:
"Sabah gün ərzində şimal-qərb küləyi əsəcək. Lakin sonrakı günlərdə ayın 18-19-da bölgələrdə də şimal-qərb küləyinin güclənməsi gözlənilir. Lakin yağmursuz hava şəraiti olacaq. Hava şəraiti ilə bağlı ciddi dəyişiklik olarsa bu haqda məlumat verəcəyik. 17-si axşam bəzi dağlıq ərazilərdə qısamüddətli yağıntı olacağı ehtimal olunur".
OXŞAR XƏBƏRLƏR