Yaxın vaxtlarda öz gücümüzü göstərəcəyik

SİYASƏT
21:59 24.07.2015
1543

Ermənistanın müdafiə naziri Seyran Ohanyanın boş və reallıqdan uzaq fikirləri beynəlxalq aləmdən təcrid olunmuş siyasi, hərbi və iqtisadi cəhətdən iflasa uğrayan Ermənistan xalqı üçün hesablanıb”.

AZXEBER.COM xəbər verir ki, bu barədə Müdafiə Nazirliyin mətbuat xidmətinin məlumatında bildirilir.

“Keçən ilin avqust ayında və bu ilin əvvəlində cəbhə bölgəsində Ermənistan ordusunun çoxsaylı itkiləri, meyitlərini maşınlarla daşımaları, yəqin ki, S.Ohanyanın yaddaşından silinib. Əgər bu belədirsə, Azərbaycan əsgəri yaxın vaxtlarda öz gücü və qüvvəsini bir daha ona göstərməklə bunu növbəti dəfə sübut edəcək”, deyə məlumatda bildirilir.

Qeyd edək ki, Ermənistanın müdafiə naziri Sehran Ohanyan bu gün erməni mətbuatına açıqlamasında Azərbaycan hakimiyyətini hərbi ritorikadan çəkinməyə çağırıb.

OXŞAR XƏBƏRLƏR