Yaxınlarını koronavirusdan itirən Kübra Əliyeva: "Yaslarına getmirəm, qorxuram"

MAQAZİN
19:07 06.01.2022
176
Dünən 72 yaşı tamam olan Əməkdar artist Kübra Əliyeva "Elgizlə izlə" proqramında iştirak etməyib.

AZXEBER.COM axşam.az-a istinadən xəbər verir ki, proqrama telefon zəngi ilə qoşulan aktrisa yaxınlarının koronavirusdan vəfat etdiyini bildirib:

"Koronavirusdan 57 illik sinif yoldaşım, Sevil müəllim rəhmətə getdi. Onun acısını yaşamadan, iki dayım qızı da COVİD-19-dan vəfat etdi. Hər ikisinin də yasına gedə bilmirəm, qorxuram. Xəstə qadınam. Oğlum Ayaz da icazə vermir. Özümüzü qorumalıyıq".

OXŞAR XƏBƏRLƏR