Yaxşı ki varsınız, Mehriban xanım!

00:59 02.09.2015
2909

Fariz Vəliyev

İstanbul Kültür Universitetinin tələbəsi

Tarix boyu Azərbaycanın rifahı ugrunda mubarizə aparmış insanlar ölkəmizin xalqımızın yaddaşına qızıl həriflərlə yazılıb.

Bu günümüzdədə mubarizə aparan xalqımız üçün daima çalışan Azərbaycanın birinci xanımı, millət vəkili, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva haqqında ürək sözlərimizi demək böyük bir xoşbəxtlikdir bizlər üçün.

Sözlərimə ilk öncə "DNA News" informasiya agentliyində və "Centreline" jurnalında tanınmış jurnalist Həmid Şahinin "Mehriban Əliyeva: Kədəri sevincə çevirən insan" cümləsi ilə başlamaq istərdim. Həqiqətəndə gördüyü nüfuzlu işlərlə ölkəmizdə və dünyada kədəri sevincə çevirən insan kimi tanınan Mehriban Əliyeva öz xeyriyyəçilik fəaliyyətinə 1995-ci ildə Azərbaycan Mədəniyyətinin Dostları Fondu vasitəsilə Azərbaycan mədəniyyətinin təbliği ilə başlamış, 2004-cü ilin 10 may tarixində ümummilli lider Heydər Əliyevin adını daşıyan fondun prezidenti vəzifəsinə təyin olunduqdan sonra bu fəaliyyətini daha da genişləndirmişdir.

Mədəniyyət sahəsi Heydər Əliyev Fondunun prioritet istiqamətlərindən biridir. Bu istiqamətdə görülmüş işlər, inşa edilmiş Muğam Mərkəzi, konsert zalları, musiqi liseyləri və Niaqarada muğam günləri, Qəbələ festivalı, Vivaldi və Gerşvinin musiqi kompozisiyalarının ifaları, Azərbaycan mədəniyyəti haqqında nəşrlər bariz nümunədir.

Mehriban Əliyevanın təşəbbüsü ilə bir çox ölkələrdə uşaqlar və ahıllar evlərinə maddi və mənəvi yardımlar edilmiş və edilməkdədir. Əlil uşaqların cəmiyyətə inteqrasiya olunması üçün yay düşərgələrinin təşkil olunduğu, qanvermə və insulin paylaşdırılması proqramlarının həyata keçirildiyi hamınızın məlumudur. Mehriban Əliyeva "Azərbaycan Tolerantlığın Evidir" proqramı çərçivəsində Azərbaycanda bir sıra müsəlman, katolik və ortodoks dini məbədlərinin yenidən qurulması və bərpasının təşəbbüskarı, həmçinin icraçısı olub.

Mehriban xanım Əliyeva Azərbaycanın folklor ədəbiyyatı və musiqi irsinin inkişafına görə UNESCO-nun, həyatın müxtəlif sahələrində genişmiqyaslı fəaliyyətinə görə isə ISESCO-nun xoşməramlı səfiri titullarına layiq görülmüşdür.

Azərbaycanın Gimnastika Federasiyasının prezidenti olan Mehriban xanım Əliyevanın nüfuzu sayəsində 2003, 2004 və 2005-ci illərdə gimnastika üzrə dünya cempionatları Bakıda keçirilib.

Hələ yaxın zamanlarda Azərbaycanın birinci xanımı, Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri kimi əvəzsiz işlər görmüş ölkəmizi layiqincə tutduğu vəzifədə təmsil etmişdir. Azərbaycan yaxşı anlayır ki, ilk Oyunlar, onların təşkilatı gələcək Oyunların standartlarını, səviyyəsini təmin edəcək: “Baxmayaraq ki, hazırlıq üçün bizim cəmi iki il yarım vaxtımız olub, Azərbaycan bu oyunları ən yüksək səviyyədə, Yay Olimpiya Oyunları səviyyəsində keçirmək əzmindədir. Bunun üçün bütün lazımi tədbirlər həyata keçirilir, Təşkilat Komitəsi çalışır. Biz beynəlxalq idman qurumları ilə, Avropa Olimpiya Komitəsi ilə sıx əlaqədə çalışırıq deyə Romada ilk Avropa oyunlari təqdimat mərasimində Mehriban xanım cıxış etmişdir.Beləliklə bütün qurumlar təşkilatlar Avropa və Azərbaycan xalqı möhtəşəm keçmiş oyunların şahidi oldu.

Buna görə bütün gənclər və ölkəmizi sevən vətəndaşlar adından Mehriban xanıma öz sonsuz təşəkkürümüzü bildirir, ona uzun ömür can sağlığı, gələcək fəaliyyətlərində uğurlar arzulayırıq.

OXŞAR XƏBƏRLƏR