Ayan Babakişiyeva uzun zaman sonra canlı verilişdə qonaq olub.
AZXEBER.COM xəbər verir ki, o, "Space" kanalında yeni yayımlanan "Öz aramızda" verilişində açıqlamaları ilə diqqət çəkib.
Naxçıvan konsertində izləyicilərin az olması ilə bağlı yayılan xəbərlərə reaksiya verib:
"Deməli, nə gözəl konsert vermişəm ki, hələ də danışılır. Konsertdə tarix dəyişikliyi olmalı idi. Edə bilmədiyimiz üçün məcbur səhnəyə çıxdıq. Buna görə də o qədər komanda ilə getdim, əla performans göstərdim. Şəhər boş idi, yay istirahətinə görə. İlk dəfə Naxçıvanda bilet satışı ilə konsert olub. Həmişə pulsuz konsert olub. Biz biletə çox simvolik məbləğ qoymuşduq. Çünki xeyriyyə konserti idi. Hətta komandamı öz cibimin pulu ilə aparmışdım. Mənim üçün danışılıb, müzakirə edilirsə, uğurdur".
Aysel