'Yaxşı olardı ki, Abdulla Gül bir az gözləyib daha sonra təbrik edərdi' - Fazil Mustafa

14:25 21.02.2013
1435

“Amma ümumilikdə bu Türkiyənin xarici siyasətidir”

Bu sözləri AZXEBER.COM-a açıqlamasında Böyük Qurtuluş Partiyasının sədri Fazil Mustafa Sarkisyanı prezident seçilməsi münasibətilə təbrik edən AbdullaGülün bu addımına münasibət bildirərkən söyləyib. Deputat Türkiyənin Ermənistana qarşı yürütdüyü xarici siyasət kursunu dəyişdirmədiyini bildirib:

“Bu prosedur qaydalarına uyğun bir təbrikdir. Yaxşı olardı ki, Abdulla Gül bir az gözləyib daha sonra təbrik edərdi. Amma ümumilikdə bu Türkiyənin xarici siyasətidir. Bizim nəyisə öyrətməyimiz doğru olmaz. Belə tələsik qərarın verilməsi təbii ki, diqqəti çəkir. Amma mən bunu Türkiyənin Ermənistana qarşı yürütdüyü xarici siyasət kursunun dəyişməsi kimi qiymətləndirmirəm. Keçən dəfə də Abdulla Gül Sarkisyanı təbrik etmişdi. Bizim üçün əsas olan məsələ Türiyə ilə Ermənistan arasındakı sərhədlərin bağlı qalmasıdır”.

F.Mustafa sosial şəbəkələrə nəzarət məsələsinə də toxunub. O, sosial şəbəkələrə nəzarətin vacib olduğunu söyləyib:

“Buna nəzarət etmək bir qədər çətindi. Amma belə bir nəzarət mütləq olmalıdır. Çünki biz özümüz də “facebook”da bu halnan qarşılaşırıq. Səviyyəsiz və düşüncəsiz adamlar bizə də yazırlar. Məncə qanunvericilikdə müəyyən dəyişikliklə bu təhqirləri edənlərə müəyyən cəzaların verilməsini düşünmək olar”.

Əfsələddin Ağalarov

OXŞAR XƏBƏRLƏR