Yaxşı oxuyan şagirdlər üçün məktəb yaradılacaq

MARAQLI
16:38 29.12.2011
1615

Bakı şəhərində və ayrı-ayrı bölgələrdə fəaliyyət göstərən ali təhsil müəssisələrinin nəzdində istedadlı şagirdlər üçün ümumi təhsil müəssisələri yaradılacaq. Bu barədə cümə axşamı Trend-ə Təhsil Nazirliyindən məlumat verilib.

Nazirlikdən bildirilib ki, bu iş gələn il ərzində ali təhsil müəssisələri ilə birgə aparılacaq.

Bununla yanaşı, lisey və gimnaziyaların təmayülləri nəzərə alınmaqla, müvafiq ali məktəblərə təhkim edilməsi məsələlərinə baxılması və bununla bağlı təkliflərin hazırlanması nəzərdə tutulur.

Lisey və gimnaziyanın fəaliyyət göstərmədiyi şəhər və rayonlarda isə bu tipli təhsil müəssisələrinin yaradılması planlaşdırılır. Həmin bölgələrdə yeni lisey siniflərinin açılması da nəzərdə tutulan tədbirlərdəndir.

OXŞAR XƏBƏRLƏR