Yaxşılıq unudulmaz

Yaxşılıq unudulmaz
KÖŞƏ
17:06 28.03.2014
4033
Aybəniz Haşımova,Azərbaycanın əməkdar artistiYaxşılıq etməkdən qorxmayın, dostlar. 
Bir zamanlar körpə bir uşaq idim. Mənə dəyər verənlər, mənim gələcəyimə inananlar, yalnız mənim böyük gələcəyimi düşünürdülər.
Onlar heç zaman düşünmədilər ki, bu qızcığaz böyüyər, qədrimizi bilməz...
Yalnız ucal qızım dedilər. Mənim atam, anam məni dünyaya gətirdilər. Amma, məni ucaldanlar isə mənə dünyanı bagışladılar. Ömrümün sonuna qədər unuda bilmədiyim yaxşılıqdır, bu.
Mənə əslində yaxşılıq etməyi də, onlar öyrətdi. Bu gün kiməsə azda olsa, dayaq dura biləndə körpə kimi sevinirəm.O, adamı özündən də çox sevirəm. Bu sizin zəhmətinizdir . Nə qədər çox sağ olun desəm yenə azdır. Bu adam Həsən Həsənovdur.
Uca Allah sizi hər zaman qorusun. Dəyərli dövlət xadimi Həsən Həsənovun mənim üzərimdə böyük və danılmaz zəhməti var. 1979-cu ildə Ulu Öndər Heydər Əliyevin qarşısında çıxış etməyimə məhz Həsən Həsənov qərar verdi. 
Həmin gün mənim sənət taleyimin gələcəyi həll olundu. Həsən Həsənov mənim böyük səhnəyə gəlməyimə səbəbkar oldu. Allah onun kimi insanları var eləsin, dünya durduqca canını sağ eləsin.1980-ci ildə isə indiki Heydər Əliyev adına sarayda mən gənc istedadlarla bərabər çıxışımızdan sonra Mərkəzi komitənin bütün heyətinə gül verməyə zala daxil olanda Ulu Öndər Heydər Əliyev məni gördü və Həsən müəllimə dedi : "Bu Gəncəli balası da burdadı ki" və mənim alnımdan öpdü. Həsən müəllim isə sevinərək mənə dedi ki, Aybəniz Gəncəyə gedərsən və hamıya deyərsən ki, Heydər baba mənim alnımdan öpdü. Hətta mənə bir qucaq qərənfil verdi. Mənim torpagima, dövlətimə bir vətəndaş borcum var. Ömrümün sonuna qədər üzərimdə olan qayğı, təhsil sahəsində vətənimə layiqli xidmət etməyə çalışacam. 
Çünki, Həsən Həsənov məni Heydər babanIı qarşısında çıxış etməyə gətirəndə, mənim təkcə o günümü yox, bu günümü də düşünürdü. Allah sizi mənə və xalqımıza çox görməsin Həsən müəllim. Siz ulu öndər Heydər Əliyevin ən layiqli və dəyərli kadrısınız. Sizinlə hər zaman fəxr edir Azərbaycan. Siz Azərbaycanın dəyərli oğlu, vətəndaşısınız.
OXŞAR XƏBƏRLƏR