Yay aylarında təhlükə yaradan kosmetoloji prosedurlar

Yay aylarında təhlükə yaradan kosmetoloji prosedurlar
MARAQLI
12:37 09.07.2025
257
Yay aylarında gözəllik və dəriyə qulluq prosedurlarına maraq artsa da, bəzi kosmetoloji müdaxilələr isti hava şəraitində dəriyə zərər verə bilər. Mütəxəssislər bildirirlər ki, bu mövsümdə düzgün seçim edilmədikdə nəticələr gözəllikdən çox problem gətirə bilər.
 
AZXEBER.COM xəbər verir k, dermatoloqlar isti aylarda hansı prosedurların zərərsiz olduğunu, hansılardan isə müvəqqəti olaraq uzaq durmağın vacibliyini vurğulayırlar.
 
Xanımların ən çox müraciət etdiyi prosedurlar mezoterapiya və biorevitalizasiyadır. Bu prosedurlar dərinin nəmlik balansını bərpa edir və kollagen sintezini stimullaşdırır. Yayda dəriyə əlavə qoruma və parlaqlıq bəxş edir. Əsas şərt günəşdən qoruyucu kremlərin istifadəsidir.

Yüngül Kimyəvi Pilinqlər isə ağır pilinqlərdən fərqli olaraq, dərini zərif şəkildə təmizləyir və yay üçün təhlükəsiz sayılır. Prosedurdan sonra SPF istifadəsi vacibdir.

Hidrofacial və Oksigen terapiyası da yayda dərin təmizləyici və oksigenlə zənginləşdirici prosedurlardandır. Dərini canlandırır və məsamələrin tıxanmasının qarşısını alır.

Bütün xanımların demək olar ki, ən çox sevdiyi və üz tütduğu prosedur Botoksdur. Botulin toksin inyeksiyaları yay aylarında tətbiq oluna bilər. Əksinə, tər ifrazatını azaltmaq üçün qoltuqaltı bölgədə istifadəsi yay aylarında daha çox aktuallaşır.
 
Faydasını gördüyümüz prosedurlarla yanaşı yay aylarında tövsiyyə olunmayan və fəsadlara yol aça biləcək bəzi gözəllik metodları da mövcuddur.
 
Qlikolik və TCA əsaslı dərin ağır pilinqlər dəridə qalıcı ləkələrə səbəb ola bilər. Bu cür prosedurlar daha çox payız və qış mövsümünə uyğun hesab olunur.

Lazer Epilyasiyası və Lazer ilə Cavanlaşdırma ultrabənövşəyi şüalarla birləşəndə dəri yanığı və hiperpigmentasiya riski artır. Yayda bu prosedurlar ya təxirə salınmalı, ya da tam günəşdən qorunma təmin edilməlidir.

Mikronidlinq (Dermapen və Dermaroller) dərinin bərpa müddəti ərzində günəş şüaları ilə təmas ləkə və iltihab riski yaradır. Bu səbəbdən yayda tətbiqi tövsiyə edilmir.

IPL və Fototerapiya prosedurların ardından dəri günəşə qarşı son dərəcə həssas olur. Bu isə əlavə problemlərə yol aça bilər.
 
Beləliklə məlum olur ki, hər prosedurun dəriyə fərqli təsiri var. Xüsusilə yay mövsümündə dərini qorumaq və düzgün seçim etmək vacibdir. SPF qoruyucu vasitələrdən gündəlik istifadə edilməli və müdaxilələr mütəxəssis nəzarətində aparılmalıdır.
 
Aysel Hacızadə



OXŞAR XƏBƏRLƏR