Yay fəslinin əsas problemlərindən biri: Tərləmə ilə mübarizənin qızıl qaydaları

Yay fəslinin əsas problemlərindən biri: Tərləmə ilə mübarizənin qızıl qaydaları
SOSİAL
00:47 27.07.2026
884
Yayın gəlişi, qovurucu istilər və artan fiziki aktivlik hər kəsin ortaq problemi olan tərləmə mövzusunu da gündəmə gətirir. Təbii olaraq, bu aylarda kosmetika mağazalarının rəflərindəki antiperspirant və dezodorantlara tələbat pik həddə çatır. Lakin bu qədər rəngarəng qablaşdırmalar və fərqli tərkiblər arasında doğru seçim etmək heç də asan deyil. Sprey, roll-on, stik, yoxsa krem? Üzərində "alüminiumsuz", "təbii" və ya "orqanik" yazılan məhsullar həqiqətən daha təhlükəsizdirmi, yoxsa bu sadəcə bir marketinq gedişidir?

AZXEBER.COM mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir:

Antiperspirant və dezodorant fərqi

Dermatoveneroloq Nuridə Qədiməliyevanın sözlərinə görə, insanlar yayda antiperspirantlardan daha çox istifadə etməyə başlayırlar. Hazırda satışda həm antiperspirantlar, həm də dezodorantlar mövcuddur: "Antiperspirantlar tər vəzilərini müvəqqəti olaraq tıxayaraq tərləmənin azalmasına kömək edir. Dezodorantlar isə pis qoxunun yaranmasında iştirak edən bakteriyaların çoxalmasının qarşısını alaraq yalnız qoxunun qarşısını almağa xidmət edir. Antiperspirant alarkən məhsulun tərkibi, aktiv maddələrinin növü, dərinin tipi və həssaslığı, tərləmənin dərəcəsi, gündəlik fiziki aktivlik, həmçinin məhsulun forması (sprey, roll-on, stik və ya krem) nəzərə alınmalıdır. Antiperspirantların əsas aktiv maddələri alüminium duzlarıdır. Satışda ən çox alüminium xlorohidrat və alüminium sirkonium tərkibli məhsullara rast gəlinir. Bu maddələr tər vəzilərinin axacaqlarında müvəqqəti tıxac yaradaraq tərləməni azaldır. Seçim zamanı tərkibində güclü ətir, spirt, propilen qlikol, bəzi konservant və boya maddələrinin olmamasına üstünlük verilməlidir. Xüsusilə həssas dəriyə sahib şəxslər "alcohol-free" qeyd olunan, ətirləndirici, efir yağları, propilen qlikol və boya maddələri olmayan məhsulları seçməlidirlər".

Sprey, roll-on, stik yoxsa krem?

N.Qədiməliyeva bildirib ki, müxtəlif formalı antiperspirantların hər birinin öz üstünlükləri və çatışmazlıqları var: "Spreylər tez quruyur, istifadəsi rahatdır və yapışqanlıq hissi yaratmır. Lakin onların tərkibində spirt daha çox olduğundan dəridə qıcıqlanma riski artır və istifadə zamanı tənəffüs yollarına daxil ola bilər. Roll-on məhsullar dəriyə daha bərabər yayıldığı və aktiv maddələrin dəri ilə təmasını yaxşı təmin etdiyi üçün daha effektiv hesab olunur. Bununla belə, onların quruması daha çox vaxt aparır və yapışqanlıq hissi yarada bilər. Stik antiperspirantlar rahat daşınır, yumşaq təsir göstərir və uzunmüddətli qoruma təmin edir. Ancaq isti havada əriməsi və paltarda iz buraxması mümkündür. Krem formalı məhsullar isə həssas dəri üçün daha uyğundur, qıcıqlanma riski azdır və təraşdan sonra istifadəsi daha rahatdır. Mənfi cəhəti tətbiqinin daha çox vaxt aparması və dəridə yağlılıq hissi yaratmasıdır. Dermatoloq olaraq gündəlik istifadə üçün əsasən roll-on və ya krem formalı antiperspirantları tövsiyə edirik. Bu formalar aktiv maddələrin dəri ilə təmasını daha yaxşı təmin edir, sprey məhsullarla müqayisədə qıcıqlanma riski daha aşağıdır və tərkiblərində adətən spirt də az olur. Həssasdərili şəxslərdə krem formaları daha uyğundur. Ümumiyyətlə, məhsul seçərkən dəri tipi, yaş və həyat tərzi nəzərə alınmalıdır. Məsələn, idmanla məşğul olan və çox tərləyən insanlarda daha güclü vasitələrə ehtiyac yarana bilər, yeniyetmələr üçün isə yüngül formulalar kifayət edir".

"Məhsul gün ərzində bir dəfə istifadə olunmalıdır"

Dermatoveneroloqun fikrincə, sağlam şəxslərdə antiperspirantların gündəlik istifadəsi təhlükəsiz hesab olunur: "Lakin məhsul gün ərzində yalnız bir dəfə, daha yaxşısı axşam saatlarında, tam təmiz və quru dəriyə nazik qat şəklində tətbiq edilməlidir. Axşam saatlarında tər vəzilərinin aktivliyi azaldığı üçün antiperspirant daha effektiv təsir göstərir. Təraşdan dərhal sonra istifadə etmək olmaz, ən azı bir saat gözləmək tövsiyə edilir. Gün ərzində məhsulu tərləyən dəri üzərinə təkrar-təkrar çəkmək, normadan artıq istifadə etmək və qıcıqlanma yarandıqda istifadəyə davam etmək insanların ən çox yol verdiyi səhvlərdəndir".

"Bu hallarda məhsulun istifadəsi dayandırılmalıdır"

Həkimin sözlərinə görə, antiperspirantların üstünlükləri tərləməni və nəmlik hissini azaltması, gündəlik komfortu artırması, paltarlarda tər ləkələrinin yaranmasının qarşısını alması və hiperhidrozdan əziyyət çəkən insanların həyat keyfiyyətini yaxşılaşdırmasıdır. Mənfi tərəfləri isə bəzi insanlarda dəridə qıcıqlanma, qaşınma, yanma və qızartı yaratmasıdır: "Bəzi hallarda tər vəzilərinin tıxanması follikulit və hidradenit kimi problemlərin şiddətlənməsinə səbəb ola bilər. Bundan əlavə, məhsulun həddindən artıq və ya qat-qat tətbiqi dəri baryerini zədələyə bilər. Belə hallarda məhsulun istifadəsi dayandırılmalıdır. Yeniyetmələrdə pubertat dövründə tərləmə və bədən qoxusu artdığı üçün bu yaş qrupunda yüngültərkibli və aşağı konsentrasiyalı antiperspirantların seçilməsi məqsədəuyğundur. Mövcud elmi məlumatlara əsasən, hamilə qadınlar da adi istifadə dozalarında antiperspirantlardan təhlükəsiz istifadə edə bilərlər. Lakin hormonal dəyişikliklər səbəbindən dəri daha həssas olduğuna görə ətirsiz məhsullara üstünlük verilməlidir".

"Elmi əsası olmayan məlumatlardır"

N.Qədiməliyeva bildirib ki, alüminium tərkibli antiperspirantlarla bağlı narahatlıqların hazırda elmi əsası yoxdur: "Cəmiyyətdə onların süd vəzi xərçəngi və ya Altsheymer xəstəliyi yaratdığına dair fikirlər olsa da, beynəlxalq dermatoloji və onkoloji təşkilatların məlumatlarına əsasən, normal istifadə şəraitində belə bir əlaqə sübut edilməyib".
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Rusiya gün ərzində 67 Ukrayna PUA-sını vurduğunu açıqlayıb
05:19 12.09.2026
Rusiya gün ərzində 67 Ukrayna PUA-sını vurduğunu açıqlayıb
ABŞ hərbçiləri Ağ Evə xəbərdarlıq etdi: “Silah-sursat ehtiyatları tükənir!”
03:07 12.09.2026
ABŞ hərbçiləri Ağ Evə xəbərdarlıq etdi: “Silah-sursat ehtiyatları tükənir!”
Gürcüstanda azərbaycanlılar arasında doğum səviyyəsi azaldı
02:34 12.09.2026
Gürcüstanda azərbaycanlılar arasında doğum səviyyəsi azaldı
Daşqınlardan sonra Nepalın bərpası üçün lazım olan məbləğ açıqlandı
01:22 12.09.2026
Daşqınlardan sonra Nepalın bərpası üçün lazım olan məbləğ açıqlandı
Çips, kolbasa və qazlı içkilər - Gündəlik istifadə edənlərə xəbərdarliq
00:43 12.09.2026
Çips, kolbasa və qazlı içkilər - Gündəlik istifadə edənlərə xəbərdarliq
Yeni mənzil alarkən maksimum qazanc əldə etməyin qaydası açıqlandı
00:36 12.09.2026
Yeni mənzil alarkən maksimum qazanc əldə etməyin qaydası açıqlandı
Məhəmməd Hadi küçəsində antisanitar vəziyyət nə vaxta qədər davam edəcək? - VİDEO
00:23 12.09.2026
Məhəmməd Hadi küçəsində antisanitar vəziyyət nə vaxta qədər davam edəcək? - VİDEO
Heyvana işgəncə verənləri hansı cərimə gözləyir? - Məbləğlər açıqlandı
00:14 12.09.2026
Heyvana işgəncə verənləri hansı cərimə gözləyir? - Məbləğlər açıqlandı
Bürclər bu günə nə deyir?
00:02 12.09.2026
Bürclər bu günə nə deyir?
Hər uşağa görə aylıq 140 manat müavinət - Komitə üzvündən yeni açıqlama
23:48 11.09.2026
Hər uşağa görə aylıq 140 manat müavinət - Komitə üzvündən yeni açıqlama
Azərbaycanda universitetlər 3 illik olacaq?
23:43 11.09.2026
Azərbaycanda universitetlər 3 illik olacaq?
Faciəvi şəkildə ölən azərbaycanlı bacı və qardaşın yaxınları danışdılar - Yeni TƏFƏRRÜAT - VİDEO
23:33 11.09.2026
Faciəvi şəkildə ölən azərbaycanlı bacı və qardaşın yaxınları danışdılar - Yeni TƏFƏRRÜAT - VİDEO
"Fənərbağça"dan İsmail Kartalla bağlı açıqlama
23:24 11.09.2026
"Fənərbağça"dan İsmail Kartalla bağlı açıqlama
“Evin kvadratı hesablanır, həyətin isə yox”- Tikinti şirkəti ilə sakin arasında mübahisə - VİDEO
23:13 11.09.2026
“Evin kvadratı hesablanır, həyətin isə yox”- Tikinti şirkəti ilə sakin arasında mübahisə - VİDEO
Diplomatik korpusun Qarabağ və Şərqi Zəngəzura səfərinin ilk günü başa çatdı
23:09 11.09.2026
Diplomatik korpusun Qarabağ və Şərqi Zəngəzura səfərinin ilk günü başa çatdı
“Sabah” “Barselona” və “Arsenal”a qarşı necə oynamalıdır? - ŞƏRH
22:53 11.09.2026
“Sabah” “Barselona” və “Arsenal”a qarşı necə oynamalıdır? - ŞƏRH