Yay istirahətinin əsl ünvanı olan Quba Palace Hotel mövsümü təntənəli açılış tədbiri ilə qarşılayır. Tədbir 14 iyun tarixində otelin açıq hava məkanında baş tutacaq və qonaqlara unudulmaz anlar yaşadacaq.
Təbii ki, belə bir xüsusi gün musiqisiz mümkün olmazdı. Həmin axşam Quba Palace səhnəsinə Azərbaycan estradasının sevilən simalarından biri, özünəməxsus üslubu, ifası ilə qəlblərə yol tapan İlqar Xəyal gəlir!
Barbekyu parti tərzində keçən açılış proqramı həm ənənəvi, həm də müasir elementləri birləşdirən zəngin əyləncə seçimlərini əhatə edir. Gecə boyunca qonaqlar nəfəskəsici Şərq rəqslərinin, canlı ifaların şahidi olacaqlar.
Əyləncə bununla bitmir – tədbir zamanı müxtəlif maraqlı müsabiqələr təşkil olunacaq, qaliblər hədiyyələrlə mükafatlandırılacaqlar. Bu, ailəvi, dostlarla və ya romantik istirahət axtaran hər kəs üçün ideal fürsətdir. Açılış gecəsi ilə yay boyunca keçiriləcək tematik tədbirlərin, konsertlərin və ailəvi proqramların da startı verilir.
Quba Palace Hotel təbiət gözəllikləri ilə əhatələnmiş unikal məkanda yerləşir. Lüks otaqları, müasir SPA mərkəzi, yüksək səviyyəli xidmətləri, növbənöv əyləncə seçimləri və ləziz mətbəxi ilə tanınan Quba Palace Hotel yay mövsümündə də istirahət üçün ideal seçim olacaq. Mövsüm boyunca yay ab-havasını doyunca hiss edəcəyiniz unikal bir məkan sizi gözləyir.
Rezervasiya üçün elə indi əlaqə saxlayın: 099 2550055; 012 4043434






