Yayılan xəstəliklə bağlı Səhiyyə Nazirliyindən AÇIQLAMA

Yayılan xəstəliklə bağlı Səhiyyə Nazirliyindən AÇIQLAMA
SOSİAL
20:46 13.08.2026
370
"Samux rayonunda bir şəxsdə qarayara xəstəliyinin laborator müayinələrlə təsdiqlənməsi ilə bağlı aparılan ilkin epidemioloji araşdırmalar zamanı həmin şəxsin iribuynuzlu heyvanla təmasda olduğu müəyyən edilib”.

AZXEBER.COM xəbər verir ki, bunu Səhiyyə Naziriyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin Xüsusi təhlükəli infeksiyalar şöbəsinin müdiri Aytəkin Qurbanova bildirib.

Onun sözlərinə görə, hadisə ilə əlaqədar təmasda olan şəxslər müəyyənləşdirilərək tibbi müşahidəyə götürülüb, zəruri laborator müayinələr aparılır və epidemioloji tədbirlər həyata keçirilir: "Hazırda əhali arasında qarayaranın yayılması müşahidə olunmur. Qarayara, əsasən, heyvanlardan insana keçən zoonoz xəstəlikdir və adi şəraitdə insandan-insana asanlıqla yayılan infeksiya deyil. Bu baxımdan Samuxda qeydə alınmış hadisə ilə əlaqədar əhali arasında narahatlığın yaranmasına əsas yoxdur. Bununla belə, xəstə və ya tələf olmuş heyvanlarla, eləcə də şübhəli heyvan mənşəli məhsullarla təmasdan çəkinmək vacibdir”.

Şöbə müdiri deyib ki, qarayara "bacillus anthracis” bakteriyasının törətdiyi zoonoz infeksion xəstəlikdir: "Qarayaranın əsas təhlükəsi bəzi hallarda ağır klinik gedişə malik olması və infeksiyanın orqanizmə yayılaraq həyati təhlükəli fəsadlara səbəb ola bilməsidir. Bununla yanaşı, xəstəlik vaxtında aşkarlandıqda və müvafiq müalicəyə başlanıldıqda müalicə oluna bilər. Qarayara ciddi, lakin vaxtında aşkarlandıqda müalicə olunan xəstəlikdir. Müalicə olunmadıqda infeksiyanın qana yayılması, sepsis, meningit və digər həyati təhlükəli ağırlaşmalar inkişaf edə bilər. Lakin xəstəliyin vaxtında müəyyənləşdirilməsi və müalicəyə başlanılması ağırlaşma riskini əhəmiyyətli dərəcədə azaldır. Bu səbəbdən xəstəliyə şübhə yaradan əlamətlər olduqda tibbi yardıma vaxtında müraciət etmək mühüm əhəmiyyət daşıyır”.

Aytəkin Qurbanova qeyd edib ki, insanlar qarayaraya, əsasən, xəstə və ya tələf olmuş heyvanlarla, onların yoluxmuş toxumaları və məhsulları ilə təmas zamanı yoluxurlar: "Bakteriyanın sporları dəri üzərindəki kəsik və sıyrıqlardan orqanizmə daxil ola bilər. Yoluxmuş heyvanın çiy və ya kifayət qədər bişirilməmiş ətinin qəbul edilməsi də risk yaradır. Qarayaranın insandan-insana ötürülməsi olduqca nadir haldır. İnsanlarda qarayaranın əsasən dörd klinik forması ayırd edilir: dəri, mədə-bağırsaq, ağciyər və septik formalarıdır. Diaqnostika zamanı epidemioloji anamnez – şəxsin hansı qidanı qəbul etməsi, heyvanla təmasının olub-olmaması, heyvanın sağlamlıq vəziyyəti və digər məlumatlar mühüm əhəmiyyət daşıyır. Zəruri hallarda laborator müayinələr aparılır. Xəstəliyin inkubasiya dövrü yoluxma formasından və yoluxma şəraitindən asılı olaraq dəyişə bilər. Əksər halda xəstəliyin əlamətləri yoluxmadan bir neçə gün sonra meydana çıxır”.

O vurğulayıb ki, diaqnoz klinik əlamətlər, epidemioloji məlumatlar və laborator müayinələrin nəticələri əsasında müəyyən edilir: "Xəstəliyin formasından asılı olaraq dəridə olan yaradan, qandan və digər klinik materiallardan nümunələr götürülə bilər. Laborator diaqnostikada törədicinin müəyyənləşdirilməsi üçün bakterioloji, o cümlədən PCR müayinəsindən istifadə edilə bilər. Qarayara müalicə olunan xəstəlikdir. Xəstə mütləq şəkildə hospitalizasiya olunmalıdır. Müalicənin əsasını həkim tərəfindən təyin olunan antibiotik terapiyası təşkil edir”.

Aytəkin Qurbanova onu da bildirib ki, qarayara xəstəliyindən qorunmaq üçün əhali müəyyən qaydalara əməl etməlidir: "Baytarlıq nəzarətindən keçməmiş heyvan və ət məhsullarından istifadə etməmək, xəstə və ya səbəbi məlum olmayan şəkildə tələf olmuş heyvanlara toxunmamaq, kəsilməsinə və ətinin istifadəsinə yol verməmək, çiy və kifayət qədər bişirilməmiş ət qəbul etməmək, heyvanlarla təmas zamanı şəxsi gigiyena qaydalarına riayət etmək və müvafiq qoruyucu vasitələrdən istifadə etmək, heyvanın qəfil xəstələnməsi və ya tələf olması barədə baytarlıq xidmətinə məlumat vermək, şübhəli simptomlar yarandıqda dərhal tibb müəssisəsinə müraciət etmək lazımdır”.

Şöbə müdiri əlavə edib ki, respublikada istifadə olunan profilaktik peyvənd təqvimində qarayaraya qarşı peyvənd mövcud deyil: "Onu da qeyd edək ki, Samux rayonunda qeydə alınmış hadisə ilə əlaqədar təmasda olan şəxslər müəyyənləşdirilib, tibbi müşahidəyə cəlb olunub və laborator müayinələr aparılır. Hazırda əhali arasında yayılma müşahidə olunmur və hadisə aidiyyəti qurumların nəzarətindədir. Əhali xəstə və ya tələf olmuş heyvanlarla və şübhəli heyvan mənşəli məhsullarla təmasdan çəkinməlidir. Eyni zamanda, təsdiqlənməmiş məlumatlara deyil, yalnız aidiyyəti dövlət qurumlarının rəsmi açıqlamalarına istinad etmək vacibdir. Qarayara ciddi, lakin qarşısı alına və müalicə oluna bilən xəstəlikdir. Samuxda bir yoluxma halının təsdiqlənməsi əhali arasında qarayaranın yayılması demək deyil. Hazırda əhali arasında xəstəliyin yayılması müşahidə olunmur və hadisə aidiyyəti qurumların nəzarətindədir”.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Liviyada təhlükəsizlik qurumunun azı 9 əməkdaşı ölüb
18:29 19.10.2026
Liviyada təhlükəsizlik qurumunun azı 9 əməkdaşı ölüb
Baş Prokurorluq 7 nəfəri beynəlxalq axtarışa verdi
18:25 19.10.2026
Baş Prokurorluq 7 nəfəri beynəlxalq axtarışa verdi
Nəsrin Cavadzadə Türkiyədə onu təhqir edənləri məhkəməyə verdi
18:24 19.10.2026
Nəsrin Cavadzadə Türkiyədə onu təhqir edənləri məhkəməyə verdi
Rəsmi Moskva: Avropadakı iğtişaşlar xaosa doğru gedir
18:13 19.10.2026
Rəsmi Moskva: Avropadakı iğtişaşlar xaosa doğru gedir
Qazaxda 88 yaşlı qadının meyiti tapılıb
17:53 19.10.2026
Qazaxda 88 yaşlı qadının meyiti tapılıb
Həsən Zeynalov Ehtiram Quliyevin yerinə keçəcəyi ilə bağlı iddialara CAVAB VERDİ
17:48 19.10.2026
Həsən Zeynalov Ehtiram Quliyevin yerinə keçəcəyi ilə bağlı iddialara CAVAB VERDİ
DTX Masazırda avtomobillərin yandırılmasını təşkil edən şəxsi xaricdə saxladı
17:37 19.10.2026
DTX Masazırda avtomobillərin yandırılmasını təşkil edən şəxsi xaricdə saxladı
“Turan”ın prezidenti kişi voleyboluna üstünlük verməməsinin səbəbini açıqladı
17:35 19.10.2026
“Turan”ın prezidenti kişi voleyboluna üstünlük verməməsinin səbəbini açıqladı
“Turan” Çempionlar Liqasında tarix yazmağa hazırlaşır – Prezidentdən açıqlama
17:27 19.10.2026
“Turan” Çempionlar Liqasında tarix yazmağa hazırlaşır – Prezidentdən açıqlama
Novo Azərbaycanın “Az Çəki, Çox Həyat” kampaniyası çərçivəsində keçirilən aktivliyi uğurla yekunlaşıb
17:15 19.10.2026
Novo Azərbaycanın “Az Çəki, Çox Həyat” kampaniyası çərçivəsində keçirilən aktivliyi uğurla yekunlaşıb
Mətbuat Şurası Türkiyə mediasında Azərbaycana qarşı aparılan qərəzli kampaniya barədə bəyanat yaydı
17:15 19.10.2026
Mətbuat Şurası Türkiyə mediasında Azərbaycana qarşı aparılan qərəzli kampaniya barədə bəyanat yaydı
Tovuzda tarixi qarşılaşmaya hazırlıq: İdman kompleksi yeniləndi - FOTOLAR
17:11 19.10.2026
Tovuzda tarixi qarşılaşmaya hazırlıq: İdman kompleksi yeniləndi - FOTOLAR
“Falçılıq” adı altında dələduzluq edən şəxs saxlanılıb
16:55 19.10.2026
“Falçılıq” adı altında dələduzluq edən şəxs saxlanılıb
Yoluxucu xəstəliklərlə bağlı həyəcan: Mütəxəssislərdən vacib xəbərdarlıq
16:43 19.10.2026
Yoluxucu xəstəliklərlə bağlı həyəcan: Mütəxəssislərdən vacib xəbərdarlıq
Məktəblilər üçün beynəlxalq informatika müsabiqəsinə qeydiyyat başladı
16:38 19.10.2026
Məktəblilər üçün beynəlxalq informatika müsabiqəsinə qeydiyyat başladı
Xaricdən maşın gətirmək əvvəlki kimi asan deyil – Ekspertdən AÇIQLAMA
16:38 19.10.2026
Xaricdən maşın gətirmək əvvəlki kimi asan deyil – Ekspertdən AÇIQLAMA