Yayın hiti təqdim edildi - Fotolar

MAQAZİN
15:31 08.07.2015
1841
Ötən gün aparıcı, şoumen Murad Arif yeni "İn şa Allah" mahnısına çəkdirdiyi klipini sənət dostları və KİV nümayəndələrinə təqdim etdi.
AZXEBER.COM xəbər verir ki, onların arasında Xalq artisti Faiq Ağayev, əməkdar artistlər Tünzalə Ağayeva, Abbas Bağırov, Məryam Süleymanova, eləcə də Xəyyam Nisanov, Elnarə Xəlilova, Elton Hüseynəliyeva, Elçin, Günay İbrahimli, Sevda Yəhyayeva da vardı.
Söz və musiqisi M. Arifə məxsus mahnıya Cəlal Kəngərli quruluş verib. Tədbirin aparıcılığını da öz boynuna götürən M. Arif klipə baxdıqdan sonra sənət dostlarının fikrini öyrənirdi.
Klipi bəyəndiklərini yekdilliklə bildirən sənətçilər mahnı kimi ekran işinin dinamikliyi, pozitivliyi və yay fəsli ab-havasına uyğun olduğunu vurğuladılar.
Yeni yaradıcı işi haqqında M. Arif özü də təəsüratlarını bölüşdü: "İn şa Allah" söz verdiyim kimi çox iddialı, rəngarəng, dinamik klipdir, mahnın coşqusunu tamamilə çatdırır. Elə rejissor da gənc və çox iddialıdır. Azərbaycanda da Kral Tv, Ru Tv səviyyəsində milli istehsal olan kliplər çəkilir. Yerli rejiasorlar bunun üçün xarici ölkələrə üz tutmurlar. " İn şa Allah" buna bir sübut oldu. Mən Cəlal Kəngərlini özüm üçün kəşf etdim. Bu klip vasitəsilə onu hər kəs kəşf etdi. Çəkilişlər dinamik və pozitiv bir ab-havada keçdi. Bütün yaradıcı heyəti, başda rejissor olmaqla, stilist-vizajisti Aynur Ağabəyova (Akina) və "Crazy Eyes" rəqs qrupuna təşəkkür edirəm. Bunu əminliklə əlavə edim ki, klip də mahnı kimi hit olacaq".
Təqdimat mərasimindən olan fotoları təqdim edirik:
OXŞAR XƏBƏRLƏR