Yazıçı Anar Rəsul Rza haqda filmi kəskin tənqid etdi (EKSKLÜZİV VİDEO)

MARAQLI
21:43 04.06.2011
2126

 

Filmin nümayişindən sonra xalq yazıçısı Anar Rzayev çıxış edərək filmi bəyənmədiyini deyib. Onun sözlərinə görə filmin üçdə ikisi kəsilsəydi daha yaxşı olardı. “Hiss olunur ki, rejissor Rəsul Rza yaradıcılığını çox sevir. Amma bu sevgi ifrat dərəcəyə çatır. Hesab edirəm ki, bu filmin yarısından da çoxu kəsilməlidir. Müasir tamaşaçı bu filmə baxmaz, pultla o biri kanala çevirər. Mən redaktordan xahiş edirəm ki, filmin üçdə ikisini kəssin. İnanın mənə filmin üçdə birini saxlasaydız filmi daha təsirli olardı”.

Anar Rzayevdən sonra söz alan akademik Bəkir Nəbiyev rejissorun filmdə həddən artıq çox görüntüləndiyini bildirib.

 Digər məsləhətçi Şövqi Göyçaylı da Anar Rzayevin fikirləriylə razılaşdı və əlavə etdi ki, o bi haqda rejissora məlumat veribmiş. Amma rejissor onun sözünə məhəl qoymayıb. O, ümid etdi ki, Anarın tənqidindən sonra rejissor filmin vaxtını qısaldar.

AZXEBER.COM portalının əməkdaşı Anarın çıxışını lentə alıb. Eksklüziv görüntüləri təqdim edirik.

OXŞAR XƏBƏRLƏR