Yazıçı Anarın 73 yaşı oldu

MARAQLI
12:19 14.03.2011
1723
Anarın atası şair Rəsul Rza, anası şairə Nigar Rəfibəylidir. Anar eyni zamanda Azərbaycanın məşhur ictimai və dövlət xadimi, Azərbaycan Demokratik Respublikasının ilk Səhiyyə Naziri və Gəncə şəhərinin general-qubernatoru olan Xudadat bəy Rəfibəylinin nəvəsidir.
Anar 1945-ci ildə 10 illik musiqi məktəbinə (indiki Bülbül adına məktəb) daxil olmuş və 1955-ci ildə həmin məktəbi gümüş medalla bitirmişdir. 1955-ci ildə Anar Azərbaycan Dövlət Universitetinin filologiya fakultəsinə daxil olur.

Anar 1991-ci ilin martında Yazıçıların IX Qurultayında Azərbaycan Yazıçılar Birliyinin Sədri seçilmişdir. 1997-ci il oktyabrın 30-da Yazıçıların X Qurultayında yenidən Azərbaycan Yazıçılar Birliyinin sədri seçilmişdir.

1991-ci ildə Müstəqil Azərbaycanın Milli Məclisini ilk iclasını açmaq, aparmaq şərəfi Anara verilmişdir. Anar 1995-ci və 2000-ci illərdə Azərbaycan Respublikası Milli Məclisinin üzvü seçilmişdir. O, Milli Məclisin mədəniyyət komissiyasının sədri seçilmişdir.

OXŞAR XƏBƏRLƏR