Yazardan gənc müğənnilərə dəstək gəldi

MAQAZİN
17:50 05.08.2013
1728

Baş redaktor gənc müğənnilər üçün mahnı sözü yazdı Gənc bəstəkar Nurçin Quluzadə bu dəfə Qurbanəli Ömərin yaradıcılığına müraciət edib. O, şairin 2010- cu ildə işiq üzü görən " Həsrətin odu" şeirlər kitabından "Həsrət məktubu" şeirinə musiqi bəstələyib. "Söylə bir nədəndir, söylə sevgilim" kimi tanınan bu şeirə yazılan mahnını N. Quluzadə özü oxumaq qərarına gəlib. Nurçinin "Söylə Sevgilim" adlandırdığı nəğməni o, gənc müğənni Şəbnəm Haqverdiyeva ilə birgə oxuyub.

Mahnının qısa zamanda uğur qazanacağına inanan gənclər bundan sonra da Qurbanəli Ömərin yaradıcılığına müraciət edəcəklərini bildiriblər. Xatırladaq ki,yaradıcı gənclər təşkilatı olan "Gənclərin Söz Birliyi" İB- in sədri, "Sosial xəbər" İnformasiya Agentliyinin baş redaktoru, gənc yazar Qurbanəli Ömərin yaradıcılığına bundan əvvəl türk sənətçiləri- bəstəkar Vəsilə Ərdoğan və müğənni Bahar Gökhan da müraciət etmişdi.

Onu da qeyd edək ki, Nurçin Quluzadə 3 ildir profisional gitara ilə məşğul olur. Səkkiz yaşından səhnədə olan Şəbəm Haqverdiyeva isə 2010- cu ildə Türkiyədə keçirilən türkcə olimpiadasının birincisidir.

Nurçin və Şəbnəmin ifasında səslənən " Söylə Sevgilim" qısa zamanda böyük maraqla qarşılanıb. Beləki, mahnının "youtube" sosial şəbəkəsindəki videosunu izləyənlərin sayı durmadan artır.

OXŞAR XƏBƏRLƏR