‘Yazırlar ki, sponsorluq müqavilələri ilə pulları dağıdırlar’ - Rövnəq Abdullayev

‘Yazırlar ki, sponsorluq müqavilələri ilə pulları dağıdırlar’ -  Rövnəq Abdullayev
SİYASƏT
02:34 22.05.2013
2375

ARDNŞ prezidenti UEFA ilə bağlanan müqavilə haqda danışıb.

“UEFA ilə bağladığımız müqaviləyə əsasən 2013-cü ildən 2017-ci ilədək qitə futbol qurumunun bayrağı altında keçiriləcək bütün turnirlərdə sponsorluq edəcəyik. Bunlardan ən böyük yarış 2016-cı ildə Fransada keçiriləcək Avropa çempionatıdır. Ancaq SOCAR bu müddətdə UEFA bayrağı altında keçirilən digər yarışlarda sponsorlardan olacaq”. Bu fikirləri AFFA və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti olan Rövnəq Abdullayev bu gün jurnalistlər üçün keçirdiyi brifinqdə deyib. SOCAR ötən həftə UEFA ilə bağladığı müqaviləyə əsasən 2016-cı il Avropa çempionatı və bu turnirin seçmə oyunlarının əsas sponsorları sırasına daxil olub. Abdullayevin sözlərinə görə, bu əməkdaşlıq təkcə rəhbərlik etdiyi şirkətin yox, ölkəmizin bütün dünyada reklamına imkan verəcək: “Sponsorluğumuz Azərbaycanı, SOCAR-ı təkcə Avropada yox, bütün dünyada tanıda biləcək, buna imkan verir. Bəziləri əsassız olaraq yazırlar ki, sponsorluq müqavilələri ilə pulları dağıdırlar. Bunlar heç bir əsası olmayan fikirlərdir. Əməkdaşlığımızın əsas məqsədi populyarlaşmadır və bunun hesabına maddi qazanc əldə edə biləcəyik. Məsələn, şirkətimiz bunun tanınmağı sayəsində ucuz kreditlər cəlb edə bilib. Yəni təkcə Avropada yox, bütün dünyada populyarlaşmamız hesabına qoyduğumuz sərmayələrin qarşılığında mənfəət götürə bilərik”. (apasport.az)

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İndoneziya ticarət sazişi çərçivəsində ABŞ-dən 15 milyard dollarlıq enerji alacaq
23:57 15.07.2025
İndoneziya ticarət sazişi çərçivəsində ABŞ-dən 15 milyard dollarlıq enerji alacaq
Yekaterinburqdakı Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinskinin oğlu saxlanılıb, təfərrüatlar məlum oldu
23:49 15.07.2025
Yekaterinburqdakı Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinskinin oğlu saxlanılıb, təfərrüatlar məlum oldu
Cəlilabadda içməli suyun verilişi bərpa olundu
23:37 15.07.2025
Cəlilabadda içməli suyun verilişi bərpa olundu
Mehdinin ölüm xəbərini eşidən anası da vəfat etdi - FOTO
23:16 15.07.2025
Mehdinin ölüm xəbərini eşidən anası da vəfat etdi - FOTO
Tramp: ABŞ Ukraynaya uzaqmənzilli raketlər ötürmək niyyətində deyil
22:57 15.07.2025
Tramp: ABŞ Ukraynaya uzaqmənzilli raketlər ötürmək niyyətində deyil
Yekaterinburqda saxlanılan azərbaycanlıların həbs müddəti 3 ay uzadılıb
22:35 15.07.2025
Yekaterinburqda saxlanılan azərbaycanlıların həbs müddəti 3 ay uzadılıb
Tramp: Zelenski Moskvaya zərbə endirmək barədə göstəriş verməməlidir
22:25 15.07.2025
Tramp: Zelenski Moskvaya zərbə endirmək barədə göstəriş verməməlidir
Xəstəxanaya yerləşdirilən Xalq artistinin son durumu açıqlandı
22:07 15.07.2025
Xəstəxanaya yerləşdirilən Xalq artistinin son durumu açıqlandı
“Neftçi” ekvadorlu futbolçunu transfer etdi
21:58 15.07.2025
“Neftçi” ekvadorlu futbolçunu transfer etdi
Cəlilabaddakı meşə yanğınında xəsarət alan şəxs xəstəxanadan evə buraxıldı
21:51 15.07.2025
Cəlilabaddakı meşə yanğınında xəsarət alan şəxs xəstəxanadan evə buraxıldı
Binəqədi qəsəbəsində fərdi yaşayış evində yanğın oldu
21:45 15.07.2025
Binəqədi qəsəbəsində fərdi yaşayış evində yanğın oldu
KİV: Çin Trampın hədələri fonunda Rusiyaya "daha dərin" dəstək vəd edib
21:37 15.07.2025
KİV: Çin Trampın hədələri fonunda Rusiyaya "daha dərin" dəstək vəd edib
Yekaterinburqdakı Azərbaycan diasporasının rəhbərinin oğlu saxlanıldı
21:27 15.07.2025
Yekaterinburqdakı Azərbaycan diasporasının rəhbərinin oğlu saxlanıldı
İlin ilk yarısında Azərbaycanda 162 nəfər qidadan zəhərlənib
21:15 15.07.2025
İlin ilk yarısında Azərbaycanda 162 nəfər qidadan zəhərlənib
Laçına köç edən analar və onların övladları üçün təlimlər keçirildi
21:02 15.07.2025
Laçına köç edən analar və onların övladları üçün təlimlər keçirildi
Üç rayonda küləkli hava şəraiti ilə bağlı elektrik enerjisinin verilişində fasilələr yaranıb
20:56 15.07.2025
Üç rayonda küləkli hava şəraiti ilə bağlı elektrik enerjisinin verilişində fasilələr yaranıb