Yeddi saat ac-susuz prezidenti gözlədilər - 3 nəfər istidən öldü

DÜNYA
10:50 27.08.2015
1194

Türkmənistanda isti hava altında prezidentin gəlişini gözləyən üç nəfər dünyasını dəyişib.

AZXƏBƏR.COM qafqazinfoya istinadən xəbər verir ki, 7 saat ölkə başçısı Qurbanqulu Berdimuhammedovun iştirakı edəcəyi təntənəli mərasimin başlayacağı stadionda gözləməli olan 10 nəfər xəstəxanaya yerləşdirilib. Aralarında uşaq olmaqla isə üç nəfər ölüb.

Havanın temperaturunun həmin gün 40 dərəcədən yüksək olduğu bildirilir. İnsanlara stadionun açılışı üçün səhər saat 5-dən orada olmaq tapşırılıb, Berdimuhammedov isə saat 11:45-də gəlib. Bütün bu vaxt ərzində isə uşaqdan böyüyə qədər hər kəs onu ayaq üstə gözləyib. Məlumata görə, onlara su içmək, yemək yemək və tualetə getməyə icazə verilməyib.

OXŞAR XƏBƏRLƏR