Yediyimiz dönərin içərisində inanılması mümkün olmayan heyvan orqanları...

MARAQLI
09:32 30.06.2011
2230


“Toyuq satılan və kəsilən yerlərdə, zibilə atılmalı olan içalat və xüsusilə toyuq dərisi bəzi işçilər tərəfindən torbalara yığılaraq zibilə atılmaq əvəzinə, dönərçilərə satılır”, deyə Şefik Aslan qeyd edib.

Onun sözlərinə görə, dönərin tərkibindəki artıqların dadının bilinməməsi üçün qidaya çoxlu ədviyyat vurulur. Qurum rəsmisi onu da bildirib ki, dönərə qatılan ən son hiylə inək əmcəyi olub ki, onun da dadını toyuq dadından ayırmaq çətindir.

Qeyd edək ki, artıq bir neçə ildir ki, bazarlar, məktəblər və ali təhsil müəssisələrinin yaxınlığında satılan dönər ucuz olması və tez hazırlanması səbəbindən Azərbaycanda da populyarlaşıb.

 


OXŞAR XƏBƏRLƏR