Türkiyədə yaşayan müğənni Yeganə Mürsəlova bir aydır ki, Bakıdadır.
AZXEBER.COM-un Day.Az saytına istinadən xəbər verir ki, Yeganənin ərindən ayrılması barədə şayiələr yayılmışdı. Müğənni Space telekanalının "Plus-minus" verilişində bu şayiələrə aydınlıq gətirib.
"Bu nə söhbətlərdir? Mənim çox xoşbəxt ailəm var. Mən heç vaxt milyonçu olmamışam, lakin özümü dolandırmaq üçün kifayət qədər pulum var. Şükür Allaha ki, ərim və mən pul qazana bilirik. Azərbaycan mənim vətənimdir, lakin evim Türkiyədədir, buna görə də yenidən oraya getməyə hazırlaşıram. Bizim haqqımızda belə şayiələr yayanlara ayıb olsun", - o əlavə edib.