Yeganə Hacıyeva Vyanada ATƏT-in iclasında Ermənistanı cavabdehliyə çağırdı - VİDEO

Yeganə Hacıyeva Vyanada ATƏT-in iclasında Ermənistanı cavabdehliyə çağırdı - VİDEO
SOSİAL
17:27 03.06.2025
399

Avstriyanın paytaxtı Vyanada ATƏT-in İnsan Haqları Ölçüsü üzrə üçüncü əlavə iclası davam edir.

AZXEBER.COM Trend-ə istinadən xəbər verir ki, tədbirin ilk günü "Cəmiyyətlərdə tolerantlıq və ayrı-seçkiliyin aradan qaldırılması yolları kimi inklüzivlik” mövzusu müzakirə olunub.

İclasda iştirak edən Gənc Demokratlar İnstitutunun rəhbəri Yeganə Hacıyeva bildirib ki, Azərbaycanın bu sahədəki uğurlu təcrübəsi bir cox ölkələrdə örnək ola bilər:

"Cəmiyyətdə müxtəlifliyin və inklüzivliyin əhəmiyyəti təhsil yolu ilə, qeyri-hökumət təşkilatlarının fəaliyyəti və ən əsası media vasitəsilə gücləndirilir”.

Yeganə Hacıyeva vurğulayıb ki, bir sıra ATƏT ölkələrində bu sahədə vəziyyət getdikcə pisləşir:

"Təəssüf hissi ilə qeyd olunmalıdır ki, son illər bəzi ölkələr daha çox xarici və daxili siyasətlərini digərlərinə nifrət üzərində qurur, müxtəlif dinlərə, müsəlmanlara, yəhudilərə və digər dinlərə qarşı açıq dözümsüzlük və ayrı-seçkiliyə yol verirlər.

Gender bərabərsizliyi kimi aktual məsələlərin, ksenofobiya, irqçiliyin və dözümsüzlüyün "həyəcanverici yüksəlişi”ni izləməkdəyik. Bir sıra ölkələrdə ifrat sağçı siyasi partiyaların və neonasist baxışların canlanması müşahidə edilməkdədir. Qaçqınlar və miqrantlar pənah gətirdikləri cəmiyyətlərə təhdid kimi təqdim edilməklə hüquqları pozulur”.

Yeganə Hacıyeva onu da deyib ki, Azərbaycan müxtəlif etnik mənsubiyyətlərə və dini inanclara malik insanların birgə dinc yaşadığı multikultural ölkədir.

QHT təmsilçisi vurğulayıb ki, 30 ilə yaxın ərazilərinin bir hissəsi Ermənistanın işğalı altında olan Azərbaycan indi də mina müharibəsindən əziyyət çəkir, işğaldan azad edilən ərazilərdə kütləvi məzarlıqlar aşkarlanır.

OXŞAR XƏBƏRLƏR