İşğal altındakı İordan çayının qərb sahilində fələstinlilərə qarşı hücumlar təşkil edən yəhudi mühacirlər Urif qəsəbəsindəki məscidə itlə girərək Quranı cırıblar.
AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, bölgədəki yüzlərlə israilli yəhudi son günlər bölgədəki Fələstin qəsəbələrinə hücum edərək onlarla ev və avtomobili yandırıb, bəzi fələstinliləri yaralayıb.
Turmusaya, Əl-Leben əl-Şərkiyə, Ramallah yaxınlığındakı Əs-Səviyyə və Nablusun Huvvara, Burin, Urif, Duma və Yatma qəsəbələri yəhudi köçkünlərinin hücumuna məruz qalıb.
Köçkünlər Urif şəhərindəki məscidə də hücum ediblər. Təhlükəsizlik kamerasına əks olunan görüntülərə görə, üzlərində maskalı və yanında it olan bir qrup sakin məscidə hücum edərək ətrafa ziyan vurub və yerə atdıqları Quranı cırıblar.
Fələstin Administrasiyası məskunlaşanların hücumlarını pisləyib.
Qeyd edək ki, işğal altındakı İordan çayının qərb sahilində və Şərqi Qüdsdə 700 minə yaxın yəhudi yaşayır. Həmin ərazilərdəki yəhudi məskənləri beynəlxalq hüquqa görə qeyri-qanuni hesab olunur.
Həmin görüntüləri təqdim edirik:
Mikayıl