İsrail İordan çayının Qərb sahilində olan Əl Xəlil (Xevron) şəhərindəki “Xəlil İbrahim” məscidi yəhudilərin Hanuka bayramı səbəbilə 10 günlüyə müsəlmanların ibadəti üçün bağlanıb. Yəhudilərin İbrahim peyğəmbərin adına olan məsciddə musiqili əyləncə keçirdiyi bildirilir. Qeyd edək ki, 100-ə yaxın yəhudi dindar məsciddə, Qüds fatehi Səlahəddin Eyyubinin hazırlatdığı minbərin yanında sintezatorun müşayiəti ilə mahnı oxuyur və əylənir.Xatırladaq ki, Hz. İbrahim peyğəmbərin məqbərəsinin olduğu “Xəlil İbrahim” məscidinin yarısı sinaqoq, yarısı məscid kimi fəaliyyət göstərir. Məbədin Hz. İshaq peyğəmbər və həyat yoldaşının məqbərəsinin olduğu məscid qisminə Hanuka bayramı səbəbilə müsəlmanların girməsinə məhdudiyyət qoyulub.