Yekaterinburqun Leninski məhkəməsi Məzahir Səfərov barəsində həbs qətimkan tədbiri seçib.
AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, həmyerlimiz 22 gün müddətinə istintaq təcridxanasına göndərilib.
Hazırda Yekaterinburqda Akif Möhbalı oğlu, Ayaz Möhbalı oğlu, Məzahir Möhbalı oğlu və Bakir Mehdi oğlu Səfərovların məhkəmə prosesi davam edir.
Vüqar və Mahəmməd Səfərov qardaşları kütləvi həbslərdən dərhal sonra sərbəst buraxılıblar. Kamal Səfərov reanimasiyadadır.
Əhliman Gənciyev də məhkəmə qarşısına çıxarılacaq. Əməliyyat tədbirlərindən sonra o, xəstəxanaya yerləşdirilib. Lakin həkimlər onun dinləmədə iştirakına icazə veriblər. Digər təqsirləndirilən Əziz Abasov isə 36 saylı xəstəxanadadır.